Buna “İsrail taktikası” da demək olar. Bəllidir ki, yəhudi dövləti özünə və vətəndaşlarına qarşı hər hansı silahlı hücuma, terror aktına qarşı çox amansız, beş misli ilə cavab verir. Hücum edənləri öz əməlinə dərhal peşman edir. Ki, gələn dəfə belə qələtləri etməzdən öncə 3 dəfə, 4 dəfə fikirləşsinlər...
Azərbaycana gəlincə, bir dövlətdə bir qanuni ordu olur, cənab dığalar! Yerdə qalanlar bandit dəstələridir. Yəni məhv edilmək üçün bizim legitim hədəflərimizdir.
Demək, gec-tez hamınızın axırına çıxılacaq, həşərat kimi əziləcəksiniz! Əgər ona kimi ağıllanıb təslim olmasanız, Azərbaycan dövlətinin mərhəmətinə sığınıb da əfv diləməsiniz. Fərq etməz, rusun arxasında gizlənmisiniz, ya yox. Gerisayım çoxdan başlanıb...
Ordumuzun son cəza tədbiri “Qafqaz qaraçıları”na bu xüsusda növbəti, bəlkə də axırıncı xəbərdarlıq siqnalıdır. Həm də o anlamda ki, əgər Azərbaycanın siyasi-hərbi rəhbərliyi qərar veribsə, erməni banditlərini Rusiya “sülhməramlı” kontingenti də əlimizdən ala və xilas edə bilməyəcək. Hansı kontingent ki, əslində, bu quldur birləşmələri çoxdan tərk-silah eləməli və ya Qarabağdan çıxarmalı idi (10 noyabr üçtərəfli sənədinin 4-cü bəndi).
Bu mənada 4 silahlı separatçının gəbərdilməsi Rusiya hərbi kontingentinə, daha dəqiqi, Rusiya rəhbərliyinə də mesajdır ki, nəhayət, Putinin imzası duran öhdəliyi yerinə yetirsin. Əks halda, bu işi özümüz görəcəyik. Heç nəyə və heç kəsə baxmadan!..
Nə Qarabağda müvəqqəti yerləmiş rus hərbçiləri, nə də onların son vaxtlar açıq himayə elədikləri erməni silahlı banditlər elə düşünməsinlər ki, “Böyük Qayıdış” Proqramı çərçivəsində nəzərdə tutulan işləri, özəlliklə keçmiş köçkünlərin öz dədə-baba yurdlarına dönüşünü belə təxribatlarla, terrorçu əməllərlə əngəlləyə bilərlər. Əsla.
Tam əksinə, Qarabağın dirçəlişi sürətləndikcə separatçılar özlərinə qarşı qat-qat amansız davranış görəcəklər. Uzağı, 2025-ə, təkrar edirik, uzağı, 2025-ədək Qarabağda bircə erməni qulduru da qalmayacaq. Buna kimsənin şübhəsi olmasın. Əlbəttə ki, təmizlənmə lap tez də reallaşa bilər...
Diqqəti çəkən həm də separatçıların Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqton görüşü fonunda fəallaşmasıdır. Gözlənilən idi. Çünki Moskvanın Qərb platformasında danışıqlarda maraqlı olmadığı çoxdan məlumdur. ABŞ-ın sülh təşəbbüsünü pozmaq üçün Kremlin əlində tək rıçaq isə Qarabağdakı oyuncaq rejimdir. Dünən Ağdamdakı postda gülləsi əsgərimizi yaralayan avtomatın tətiyindəki barmaq da əslində rusun idi, erməninin yox.
Amma bunlar əbəs cəhdlərdir. Azərbaycan yenə hamıya əyani göstərdi ki, danışıqlar getsə də, dayansa da, suverenlik, ərazi bütövlüyü və milli təhlükəsizlik məsələlərində Bakı zərrəcə tərəddüd və güzəşt etməyəcək! “Qırmızı xətt”lərimizi tapdamağa imkan verməyəcək. Dəqiq kontr-zərbələrlə istənilən an, istənilən yerdə rusun qoruduğu separatçıların başlarını əzəcək.
Odur ki, separatçı ünsürlər nəhayət, dərs götürməli, bədənlərinin “5-ci nöqtə”si ilə yox, boş başları ilə anlamalıdırlar ki, dövlətlə dövlətçilik eləmək olmaz. Onlara belə lüks tanınmayacaq. O dövr keçdi və bir də qayıtmayacaq. Xam xəyallarla yaşamaq yetər. Rusiya “sülhməralmlıları” da onlar üçün etibarlı qalxan deyil, olmayacaq!..
Müdafiə naziri Zakir Həsənovun dediyi kimi, orda-burda gizlənmiş erməni separatçı-terrorçuların axırına çıxmaq üçün ordumuzun bircə korpusu kifayətdir, o da hələ tam yox! Və qanunsuz birləşmələrin dislokasiya yerləri, sayları və hansı silahlara malik olması da dəqiqliklə ordu rəhbərliyimizə məlumdur.
İndi bu xəbərdarlığın üstündən Ağdamda hərbçimizi yaralamaq gerçəkdən də, özü haqda ölüm hökmü çıxarmaqdır. O zaman davamını gözləyin.../Musavat.com