Sulh.info.az lent.az-a istinadən bildirir ki, qatı qan bədəndəki xəstəliklərin əlamətidir və bir sıra sağlamlıq problemlərinə səbəb ola bilər. Ürəyin kifayət qədər oksigen və qida qəbul etməməsinə gətirib çıxarır.
Zəncəfil
Bunun qarşısının alınmasında ədviyyatlı qidalar xüsusi yer tutur. Belə ki, zəncəfilin tərkibində salisilat adlı təbii turşu var. Qanın durulaşdırılması üçün tövsiyə olunan aspirin salisilatın sintetik törəməsidir. Zəncəfili müntəzəm olaraq qurudulmuş və ya təzə formada istehlak etmək tövsiyə olunur.
Darçın başqa bir faydalı ədviyyatdır. Tərkibində xüsusi bir maddə var - qanı yaxşı incələyən kumarin. Bu maddə qanın durulaşmasına kömək olur.
Sarımsaq
Sarımsaq qan laxtalanması ilə yaxşı mübarizə aparan güclü təbii antikoaqulyant hesab olunur və həmçinin antibakterial xüsusiyyətlərə malikdir. Sarımsağı çiy yemək tövsiyə olunur. Demək olar ki, bütün əsas yeməklərə və salatlara əlavə edilə bilər.
Çobanyastığı
Güclü təbii antikoaqulyantdır. Trombositlərin fəaliyyətinə maneə törədir. Çobanyastığı çayını hər gün əlavəsiz və şəkərsiz içmək məsləhətdir.