Bakıda mağazadan oğurluq edilib.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, iyunun 26-da saat 15 radələrində Nəsimi rayonu M.Cəfərov küçəsində yerləşən mağazaların birindən 1600 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polis orqanına müraciət daxil olub.
Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş S.Rzayeva müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.