​Azərbaycanla İran arasında ticarət dövriyyəsi artıb

​Azərbaycanla İran arasında ticarət dövriyyəsi artıb
16:53 01.07.2023
A- A+

Bu ilin yanvar-may aylarında Azərbaycanla İran İslam Respublikası arasında ticarət dövriyyəsi 212 milyon 612 min ABŞ dolları olub.

Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 7,6 % artım deməkdir.

Beş ayda Azərbaycandan İrana 7 milyon 558 min, İrandan Azərbaycana isə 205 milyon 53 min ABŞ dolları dəyərində məhsul ixrac olunub. Bu isə illik müqayisədə müvafiq olaraq 2,1 dəfə az və 13 % çoxdur.

Dövr ərzində Azərbaycanın ümumi ixracının 0,05 %-i, idxalının isə 3 %-i İranın payına düşüb.