Türkiyənin Samsun şəhərində cinayət hadisəsi baş verib.
23 yaşlı gənc oğlan atasının yaşadığı mənzilə gələrək onu tüfənglə öldürüb. Daha sonra nənəsini döyərək müxtəlif bədən xəsarətləri yetirib.
Törətdiyi cinayətdən sonra o, evi yandıraraq yoldan keçən bir maşınla hadisə yerindən uzaqlaşmağa cəhd göstərib. Polisin dayan əmrinə tabe olmayan cinayətkar qaçmaq istədiyi avtomobilin təkərinə atəş açılması nəticəsində saxlanılıb.
Gənc oğlanın cinayəti nə üçün törətdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırmalar aparılır.