​Təcili: Bakı ilə danışığa başlamalıyıq - Babayan Xankəndidən səsləndi

​Təcili: Bakı ilə danışığa başlamalıyıq
11:50 03.07.2023
139 Dünya
A- A+
“Bakı ilə Xankəndi arasında birbaşa dialoq başlanmalıdır və etimad yaratmağa, müxtəlif məsələlərdə razılığa gəlməyə çalışılmalıdır ki, insanlar dinc və normal yaşasınlar”.

Bunu Qarabağdakı irredentist qruplaşmanın keçmiş “təhlükəsizlik şurasının katibi” Samvel Babayanı “Hrayr Tamrazyanla bazar günü analitikası” verilişində bildirib.

“Bundan sonra biz ikinci mərhələyə keçəcəyik: qalan problemlərin müzakirəsi. Bu yolla getməsək, qarşılıqlı etimad olmasa, heç nəyə nail ola bilmərik. Mən ikinci “siyasi qüvvə” olaraq təcili danışıqların əleyhinə deyiləm, amma ilk növbədə bir-birimizə qarşılıqlı etimadın aşılanması üçün dialoq aparacağımız məqamlarla bağlı sənəd formalaşdırmalıyıq, sonra başqa məsələlərlə bağlı hərəkətə keçməliyik”, - Babayan bildirib.