​Əhalinin DİQQƏTİNƏ - Kimlər icbari tibbi sığorta haqqı ödəməkdən azaddır?

​Əhalinin DİQQƏTİNƏ
12:43 03.07.2023
164 Sosial
A- A+
Artıq 3 ildən çoxdur ki, Azərbaycanda icbari tibbi sığorta qaydası tətbiq edilir.

Vətəndaşların bir çoxu bu sığorta əsasında bir sıra özəl və dövlət xəstəxanalarında müalicə və müayinə olunurlar. Bəs görəsən icbari tibbi sığorta ödənişi etməkdən kimlər azaddır? Mövzu ilə bağlı sığorta eksperti İlkin İbrahimov Referans.az-a danışıb.

“Əgər vətəndaş sosial yardım alırsa, o zaman Dövlət Sosial Müdafiə Fondu tərəfindən həmin vətəndaşın tibbi sığortası ödənilir. Bundan əlavə 18 yaşına çatmamış bütün Azərbaycan Respublikası vətəndaşları dövlət büdcəsi hesabına maliyyələşdirilir. 65 yaşından yuxarı pensiya alan şəxslər icbari tibbi sığorta haqqı ödəməkdən azaddır. Ümumiləşdirsək belə deyə bilərik ki, əməkhaqqı alan vətəndaşlar icbari tibbi sığorta haqqının ödəməklə bağlı vəzifələri var. Əməkhaqqı olmayan vətəndaşlar isə bundan azaddırlar”.