​İsmayıllıda sel aparan bahalı maşın kimindir? - VİDEO

​İsmayıllıda sel aparan bahalı maşın kimindir?
13:54 03.07.2023
142 Hadisə
A- A+
Xəbər verdiyimiz kimi, 30 iyunda İsmayıllıya yağan leysan yağışlardan sonra başlayan sel suları “Mersedes AMG” markalı maşını aparmışdı.

Yağış kəsəndən sonra maşını çaydan çıxarmaq üçün cəhd edilib. Ancaq məlum olub ki, 77-FM-555 markalı avtomobil yarıya qədər torpağa batıb və onu çıxarmaq mümkün deyil.

Qeyd edək ki, Cülyan kəndi İsmayıllının ən səfalı ərazilərindən biridir. Kənddə Cülyan şəlaləsi də var.

Aldığımız məlumata görə, “Mersedes” markalı avtomobili sel apararkən xoşbəxtlikdən içərisində heç kəs olmayıb. Belə ki, sürücü çay kənarında maşını saxlayaraq, istirahət etdiyi vaxt güclü yağış başlayıb və sel gəlib, buna görə də maşını kənara çəkmək mümkün olmayıb.

77-FM-555 dövlət nömrə nişanlı avtomobilin şirkət adına qeydiyyatda olduğu və sığortalandığı bildirilir. Maşının bazar qiyməti 60-70 min arasıdır./axar.az/