​Azərbaycanda zəlzələ ilə bağlı xəstəxanalıq olanların SAYI AÇIQLANDI

​Azərbaycanda zəlzələ ilə bağlı xəstəxanalıq olanların
10:57 04.07.2023
115 Toplum
A- A+
İyulun 4-ü saat 00:01 radələrində qeydə alınan zəlzələ ilə bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 34 nəfər müraciət edib.

Bu barədə TƏBİB-dən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib.

Müraciət edənlərdən 26-sı qadın, 5-i kişi, 3-ü uşaq olub. Onlardan 32 nəfərə yerində yardım göstərilib, 2 nəfər isə aidiyyəti üzrə tibb müəssisəsinə təxliyə olunub.

Müraciətlər, əsasən, arterial təzyiq, stresə qarşı reaksiya, travma, bədənin müxtəlif hissələrində olan ağrılarla bağlı olub.