Cavanşir bəy bu qədər efirlərə çıxıb insanlara ağıl verir, amma bizim məsələmizi çözmür. O, mənə insan kimi münasibət bəsləmədi. Sübütlarım əlimdə tutduğum bu sənədlərdir".
Referans.az bizim.media-ya istinadən bildriir ki, bu sözləri əməkdar artist Cavanşir Məmmədovun kürəkəni kimi özünü təqdim edən Kemal Mustafa İbili pənah gətirdiyi "Təsir dairəsi" ictimai-sosial verilişində deyib.
İllər əvvəl sənətkarın qızı Xatirə Məmmədovaya ilə münasibətdə olduğunu söyləyən Mustafa bildirib ki, Məmmədov onu sosial şəbəkələrdə dələduz kimi tanıdıb:
"Onun vasitəçiliyi ilə məni sosial mediada dələduz kimi tanıdılar. Haqqımda fərqli kəlmələr söylənildi. İstintaq getdiyi dönəmdə verdiyi çox sayda sübutları da yox etdilər. Bunların hamısının meydana çıxmasını istəyirəm. İşimizdə pul məsələsi var. Güya ki, Cavanşir bəyin pulunu almışam. Amma mən ondan pul almamışam. Pulu hara yatırdığımız bəllidir.
Əməkdar artistin evində üç il qeyri-rəsmi yaşadığını açıqlayan Mustafa vurğulayıb ki, qarşı tərəf onun 300 min dollarını mənimsəyib:
"Cavanşir Məmmədovun evində üç il qeyri-rəsmi yaşamışam. Onun qızı ilə evlənəcəkdim deyə 2018-ci ildə qızı ilə "Facebook" vasitəsi ilə tanış oldum. Hər ay evlənəcəyəm deyə desəm də amma bizim izdivacımız olmadı. Biz dörd dəfə Türkiyəyə getdik. Nizami metrosu tərəfdə qalır. Üç il yarım orada yaşadım. Orada yaşayan bir çox insan məni tanıyır.
Türkiyəyə 2019-cu ildə getdim. Obyektim vardı, onu satdım, İstanbulda Cavanşir bəyin qızı Xatirə üçün qızıllar aldım. İstanbulda Gebzedə ofisim vardı. Qızın anası ilə "Qış parkı"nda görüşdük, çay içdik və mənə dedi ki, Mustafa bu iş alınsa, sən Türkiyədə ev almalısan ki, biz Cavanşir bəyə deyə bilək ki, sən qızımızla evlənmək istəyirsən. Burada söhbət 240 min dollardan gedir. Mənim 300 min dollarım ortada yoxdur".
Proqramın gedişatında Cavanşir Məmmədov canlı efirə qoşulub. Müğənni Mustafanın söylədiklərinin əsassız olduğunu və onun ölkəyə giriş-çıxışına məhdudiyyət qoyulduğunu vurğulayıb:
"Atalar məsələsi var "Qara məni basınca, qoy qaranı mən basım". Mustafaya qırmızı dairədədir. Bir dəfə liman və bir dəfə də təyyarə yolu ilə... O ölkədən qaçmağa cəhd göstərib".
C.Məmmədovun iddialarına isə Mustafa "Mən qaçmaq istəsəydim, burada olmayacaqdım. Cavanşir bəy məni ölümlə təhdid edərək 15 min manat pul təklif edib. Rəqəmlər var, məhkəmədə də bunu söylədi. Orada protokol da var, Cavanşirə heç bir məbləğ nədənsə ödənilməyib" cavabını verib.
Qeyd edək ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Mustafa İbili tərəfindən aldadıldığını bildirib. İddia edib ki, Mustafa İbili Cavanşir Məmmədovdan 13.000 manat və 126.500 dollar alıb və geri qaytarmayıb. M. İbili barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Milli.Az