Bakıda qadın avtomobilin şüşələrini sındırıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, becə saatlarında Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində bir avtomobilə qəsdən zərər verilməsi barədə polisə məlumat daxil olub.
Daxil olmuş məlumat əsasında 30-cu Polis Şöbəsində təhqiqat araşdırması başlanılıb.
Araşdırmalarla məlum olub ki, 40 yaşlı qadın 4 il əvvəl münasibətdə olduğu şəxsə məxsus olan "Mersedes" markalı avtomaşının ön və yan şüşəsinin küt alətlə sındıraraq ehtiyyat hissələrini yarasız hala salıb.
Hal-hazırda hər iki şəxsin qarşılıqlı müraciətləri əsasında araşdırmalar davam etdirilir.