​“Jiquli” sürücüləri niyə cərimə edilir? - DYP-dən açıqlama

​“Jiquli” sürücüləri niyə cərimə edilir?
11:38 05.07.2023
122 Sosial
A- A+
Baş Dövlət Yol Polisi İdarəsi sosial şəbəkələrdə Hacıqabul-Şirvan DYP əməkdaşlarının həmin ərazidə "Jiquli” sürücülərinə avtomobillərində quraşdırılmış avadanlığa görə 150 manat cərimə yazması barədə yayılan məlumatlara, bunun etirazla qarşılanmasına aydınlıq gətirib.

Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi, polkovnik-leytenant Rövşən Tağıyev Pravda.az-ın sorğusuna cavab belə deyib:

"Əgər nəqliyyat vasitəsinin istehsalçı zavodu tərəfindən sözügedən dəmirparçasına yer verilməyibsə, yəni normativə uyğun olmayan başqa bir avadanlıq istifadə olunubsa, hər bir halda istehsalçı zavodun müəyyən etdiyi normativ tələb pozulubsa, bu, İnzibati Xətalar Məcəlləsində müəyyən edilmiş maddə ilə tənzimlənir və protokol tərtib olunur”.