Ötən ilin noyabrında avtomobillə vurulan və yanlış əməliyyat nəticəsində ölümcül vəziyyətə düşən 16 yaşlı Ümüd Əhmədov ötən gün dünyasını dəyişib.
Sulh.info.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə gəncin anası Qızılgül Quliyeva sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, övladının xəstəliyinin əlacı tapılmışdı və sağalmasına çox az qalmışdı. Lakin bundan artıq dözə bilməyən Ümüdün ürəyi dayanıb.
Qeyd edək ki, Ü. Əhmədov qəzadan sonra "Medera Hospital"a çatdırılmışdı. Anasının sözlərinə görə, xəstəxanada əməliyyat zamanı onun nəfəs borusu və qida borusunun arası yırtılıb.
Əməliyyat və müalicələrə 180 min manat pul xərclədiyini deyən ana bildirmişdi ki, 7 aydan çox övladının boğazından bir qurtum su da keçməyib və uşağın çəkisi 90 kq-dan 20-yə düşüb.