​"Sizdən fərqli olaraq biz yaşamaq istəyirik" - Elgizdən Vahid Əliyevə

​
16:30 05.07.2023
115 Ölkə
A- A+
"Adını çəkməyəcəyəm, bu gün burada müğənnilərdən birinin yeni mahnısının təqdimatı olmalı idi. İndi zəng vurub ki, qorxuram, ayağımda ev ayaqqabısı səhərə kimi həyətdə qalmışıq, maşında yatmışıq, halım yoxdur, üzüm şişib. Dedim, üzü şişibsə, gəlməsin. İnsanlar çox qorxublar. Bu gücdə zəlzələ əgər Bakıda hiss olunubsa və binaların heç birində problem yaranmayıbsa, bu, yaxşı bir haldır. O binaları tikənləri alqışlamaq lazımdır".

Sulh.info.az axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Elgiz Əkbər "Elgizlə izlə" proqramında deyib.

Əməkdar artist Vahid Əliyevin ötən gecə Bakıda da hiss olunan zəlzələyə reaksiyası isə müzakirə yaradıb. O, qorxmadığını bildirib:

"Yatmışdım, oyatdılar ki, hamı çöldədir. Dedim mən heç yana getmirəm. Bilirsiniz necədir? Allah atalarımızı rəhmət eləsin. Onlar savadsız savadlı olublar. Yaxşı yazıblar, qorxaq gündə min dəfə ölür, özünə inanalar isə həyatda bir dəfə. Öləndə öləcəyəm də. Nədən qorxum?"

Onun bu fikirləri Elgiz tərəfindən birmənalı qarşılanmayıb:

"Vahid bəy, siz belə düşünürsünüz. Siz həyatı görmüsünüz. Bizim gənclərimiz var. Bunu niyə hamıya şamil edirsiniz. Sizdən fərqli olaraq biz yaşamaq istəyirik. Bizim arzularımız var. O sizin öz işinizdir. Özünüz bilərsiniz".