​Nazirin müəllimlərlə bağlı bu fikri alqışla qarşılandı - VİDEO

​Nazirin müəllimlərlə bağlı bu fikri alqışla qarşılandı
12:07 06.07.2023
126 Sosial
A- A+
"İki dəfə sertifikasiyadan keçməyən müəllimin mənəvi haqqı yoxdur ki, məktəbdə dərs desin".

Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, savadı olmayan müəllim məktəbdə dərs deməməlidir:

"Biz həmişə dövləti qınaya bilmərik ki, bu şəxsə saxta diplom verilib. Axı o diplomu alanda atası, anası yanında olub. Bütün qonşular, məktəb bilir ki, bu adamın savadı yerində deyil. Əgər məsələyə bizim yox, nazirliyin işi kimi baxsaq, heç bir nəticə olmayacaq. Bu, hamımızın işidir. Məktəbdə olan savadsız müəllim bütün cəmiyyətin problemidir. Tək mənim problemim deyil. Ona görə də mənim gözləntim odur ki, cəmiyyət olaraq burada ortaya bir yanaşma qoyaq. Savadsız müəllimin məktəbdə müəllim kimi işi yoxdur".

O qeyd edib ki, savadsız müəllimlərin məktəbdə işləməyə mənəvi haqqı yoxdur:

"Məsələ bu qədər sadədir. Mənim əsas məqsədim budur ki, bu adamlar məktəbdə dərs deməsin. İki dəfə sertifikasiyadan keçməyən müəllimin mənəvi haqqı yoxdur ki, məktəbdə dərs desin. Bizim də mənəvi haqqımız yoxdur ki, ona imkan verək ki, o uşağa dərs desin. O adam yazığımız gəlsin? Mənim daha çox uşaqlara yazığım gəlir, nəinki həmin adamlara".