ABŞ-nin "Meta" şirkəti "Twitter" sosial şəbəkəsinin analoqu hesab edilə biləcək "Threads" tətbiqini istifadəyə verib.
Sulh.info.az xarici mətbuata isinadən xəbər verir ki, şirkətin rəhbəri Mark Zukerberqin sözlərinə görə, tətbiqdə ilk yeddi saat ərzində on milyon istifadəçi qeydiyyatdan keçib.
Mütəxəssislərin fikrincə, "Threads" platformadakı son dəyişikliklərdən narazı olan "Twitter" istifadəçilərini cəlb edə bilər.
"Threads" istifadəçilərə 500-ə qədər simvol göndərməyə imkan verir və "Twitter"ə bənzər bir çox xüsusiyyətlərə malikdir.
"Threads" tətbiqi "Instagram" platformasının nəzdində yaradılıb.