Tez-tez yağan yağış onların problemini artırıb.
Dağlardan gələn sel suları onların yaşadıqları kəndi pis vəziyyətə salıb. Sel suları həyət-bacaya dolaraq evlərə ciddi ziyan vurub.
Qarxun kəndində 94 təsərrüfat var ki, bunlarında əksəriyyətində sel suları problemlər yaradıb. Rayondakı texnikalar ümumi yolu təmizləsə də kənd sakinlərinin daxili məhəllə yolları bərbad hala qalıb. Dağlardan gələn lil qatı onların həyət bacalarına dolub.
Kənd sakinləri əsasən heyvandarlıqla məşğuldurlar. Yağıntıların fəsadları onları çox narahat edir. Kəndin yanından keçən Qaraçay çayıda daşaraq bostan sahələrini yuyub, sakinlərin su ötürücü motorlarını aparıb.
Quba rayon İcra Hakimiyyəti Başçısının səlahiyətlərini icra edən Tariyel İbrahimov isə "Xəzər Xəbər"ə bildirdi ki, hava şəraiti düzələn kimi kəndə texnikalar göndəriləcək.
"Bütün problemlər aradan qaldırılacaq."/xezerxeber.az
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: