Bakı Mühəndislik Universitetinin (BMU) tələbəsi ABŞ-də doktoranturaya qəbul olub.
Bununla bağlı sosial şəbəkədə məlumat paylaşılıb.
Belə ki, Arzu Alxanova Bakı Mühəndislik Universitetinin Pedaqoji fakültəsini 99,17 balla (tədris ingilis dili) bitirib. O, ABŞ-nin Şimali Karolina Dövlət Universitetinin birbaşa doktorantura səviyyəsinə, illik 55 min dollar ABŞ dolları məbləğində tam təqaüdlə qəbul olub.
Qeyd edək ki, Arzu Alxanova BMU-ya 611 balla daxil olub.