"Titanik” gəmisinin qəzaya uğradığı yerə səfəri zamanı partlayan və 5 nəfərin ölümünə səbəb olan "Titan” sualtı qayığının sahibi "OceanGate” bütün fəaliyyətini dayandırdığını açıqlayıb.
"OceanGate”in rəsmi saytında verilən açıqlamada bütün ekspedisiyaların və kommersiya fəaliyyətlərinin dayandırıldığı bildirilib.
Qeyd edək ki, iyunun 18-də Atlantik okeanında "Titanik” gəmisinin qalıqlarına turistik səfər təşkil edən "OceanGate” şirkətinə məxsus "Titan” sualtı qayığı partlayaraq batmış, 5 nəfər həlak olmuşdu./azxeber.com