Bu görüntülər atəşin ermənilər tərəfindən açıldığını bir daha təsdiqlədilər.
Onu da qeyd edək ki, bayrağın quraşdırılmasına mane olmağa çalışan Rusiya sülhməramlısı da Ermənistan Silahlı Qüvvələrinin atəşinə məruz qalıb. Sonda erməni snayper artıq ikinci dəfə qaldırılmış bayrağa atəş açır.Qeyd edək ki, görüntülərdən Azərbaycan bayrağı birinci dəfə qaldırılandan sonra onun rusiyalı hərbçi tərəfindən çıxarılıb yerə atıldığı aydın olur.
İyunun 15-də erməni snayperlərin Azərbaycan hərbçilərini atəş tutmasından sonra nə baş verdiyini isə yəqin ki, xatırlayırsız: erməni snayperlər zərərsizləşdirildi, Laçın yolu BQXK-dan başqa hamı üçün bağlandı, ümumi gərginlik artdı və nəticədə Qarabağda “Qisas-2” əməliyyatı həyata keçirildi. Eyni zamandan Rusiya sülhməramlıların Xankəndinə Bərdə və Ağdam üzərindən getmək təklif olundu. (bakupost)
Rus sülhməramlısı Azərbaycan bayrağını yerə atdı - VİDEO
Erməni-rus mənbələri bu il iyunun 15-də Xəkəri çayı üzərindəki körpüdə Azərbaycan bayrağının quraşdırılması zamanı baş verən insidentin daha geniş görüntülərini yayıblar.