​Valideynlərə VACİB XƏBƏR  - Dərslər 1 sentyabrdan BAŞLAYACAQ?

​Valideynlərə VACİB XƏBƏR 
13:57 07.07.2023
251 Toplum
A- A+
"Dərslərin 1 sentyabrda başlayıb, mayın sonunda bitməsini daha doğru hesab edirəm”

Bu sözləri  açıqlamasında Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, dərs müddətinin dəyişdirilməsinin tərəfdarıdır:

"Əvvəlki dövrdəki mövcud sistem daha uyğun və doğru idi. Dərslərin 1 sentyabrda başlayıb, mayın sonunda bitməsini doğru hesab edirəm.

Çünki burda hava amilinin rolu var. Artıq iyun ayında havalar istiləşir, insanlarda dərsə getməyə həvəs olmur. Təəssüf ki, dərs müddəti uzadılsa da məktəblərdə ab-hava fərqlidir. May ayının sonundan başlayaraq məktəblərə gedilmir.

Ona görə həm havanı, həm insanların münasibətini nəzərə alaraq düşünürəm ki, dərslərin 1 sentyabrdan başlaması məqsədə uyğundur".

Ceyhun Məmmədov qeyd edib ki, ölkə başçısının ümumi təhsil müəssisələrində tədris ilinin müddəti ilə bağlı imzaladığı sənədlər var:

"Elm və Təhsil Nazirliyi bu təşəbbüslə çıxış edib, məsələni qaldıraraq razılığı nail ola bilər”./azxeber.com