​Əhaliyə CİDDİ XƏBƏRDARLIQ - bu şəxslər diqqətli OLMALIDIR

​Əhaliyə CİDDİ XƏBƏRDARLIQ
14:04 07.07.2023
261 Ölkə
A- A+
Xəbər verdiyimiz kimi geomaqnit aktivliyini göstərən Kp əmsalının orta qiymətinin 2023-cü ilin iyul ayı üçün 2-4 intervalında olacağı, ayrı-ayrı tarixlərdə yüksələcəyi gözlənilir. Belə ki, iyulun 7-də və 8-də Kp əmsalının 4, iyulun 11-13-də isə 5 olacağı, G1 səviyyəsində geomaqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır.

Mütəxəssislər xəbərdarlıq edir və insanları bu günlərdə fiziki aktivliyi azaltmağa və sağlamlığı qorumağa çağırırlar. Bu günlərdə meteohəssas və yaşlı, xroniki xəstəlikləri olan insanlar və hamilə qadınlar təhlükə zonasında olacaqlar.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan həkim Eldar Bayramov bildirib ki, qasırğanın mənfi təsirlərini minimuma endirmək üçün qasırğadan əvvəlki günlərdə və qasırğa zamanı sağlam həyat tərzi vərdişlərinə əməl etmək lazımdır:

“Belə günlərdə stressdən, ağır yüklərdən uzaq olmaq lazımdır. Daha az yağlı, qızardılmış, duzlu və ədviyyatlı yeməklər yemək vacibdir.

Bunun əvəzinə daha çox tərəvəz və meyvə yeyin. Qəhvə, siqaret və spirtdən imtina edin. Otağı mütəmadi olaraq havalandırın və təmiz havada ən azı qısa bir gəzintiyə çıxmağa çalışın. Mümkünsə, günün eyni vaxtında yatın və kifayət qədər yuxu aldığınızdan əmin olun”.