Qulaq Burun Boğaz və Baş Boyun Cərrahiyyəsi Mütəxəssisi Hüsamettin Olgun daimi karlığa səbəb olan amilləri açıqlayıb.
Həkim bildirir ki, yay aylarında bəzi insanlar şiddətli qulaq ağrısı, qulaqda şişlik, eşitmə itkisi, başgicəllənmə kimi şikayətlərlə həkimə müraciət edir.
Onun sözlərinə görə, təmizliyinə əmin olmayan yerlərdə hovuz və dənizə girmək təhlükəlidir:
“Xlorla dezinfeksiya edilmiş hovuzlara üstünlük verilməlidir. Gigiyenik olmayan qidalar qəbul edilməməlidir. Balanslaşdırılmış qidalanma və bol maye qəbulu immunitet sistemini gücləndirəcək və yoluxucu xəstəliklərlə mübarizədə mühüm rol oynayacaq. Bundan əlavə, idman və yuxu immuniteti gücləndirən digər amillərdir. Qulaqlarımızı təsadüfi əşyalarla təmizləməməliyik. Qulağa daxil edilən sərt və yad cisimlər qulağın pH və yağ turşusunu pozur, qulaq ifrazını məhv edir və infeksiyalara açıq edir”.