Lənkəranda yanğın baş verən hotelin bu gün açılış mərasiminin keçirilməsi planlaşdırılırmış.
Babək Heydərliyə məxsus iki mərtəbəli, ümumi sahəsi 650 kvadratmetr olan hotel binasının mansar hissəsi tamamilə yanıb.
Hotelin birinci mərtəbəsi, həyətdə olan kotteclər və yardımçı tikililər yanğından qorunub.
Hadisənin səbəbi araşdırılır./"Report”