​Ailəsi ilə istirahətə gedərkən ölən 11 yaşlı Dənizin - FOTOSU

​Ailəsi ilə istirahətə gedərkən ölən 11 yaşlı Dənizin
12:22 10.07.2023
142 Hadisə
A- A+
Xəbər verdiyimiz kimi, iyulun 7-si Zaqatala rayonuna istirahətə gedən 11 yaşlı Dəniz Nuri zəhərlənmə səbəbindən qəfil dünyasını dəyişib.

Dəniz Binəqədi rayon N. Nərimanov adına 248 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi imiş.

Qeyd edək ki, bir neçə gün əvvəl Dəniz Nuri ailəsi ilə birgə Bakıdan rayonlara istirahətə gedib. Onlar Zaqatalaya gəlməzdən əvvəl Tovuz və Şəki rayonlarında olublar. Bu rayonlarda olarkən 11 yaşlı qız özünü pis hiss etdiyindən Tovuz və Şəki rayonlarının xəstəxanalarına aparılıb. Daha sonra azyaşlı və ailəsi Zaqatalanın Bəhmətli kəndinə qonaq gedib. Orada olarkən, iyulun 7-si saat 11 radələrində D. Nurinin səhhətində olan problemlərlə bağlı o, ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) təcilli yardım şöbəsinə çatdırılıb. Uşaq xəstəxanaya daxil olduqdan 20-25 dəqiqə sonra bioloji ölüm qeydə alınıb.

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, zəhərlənmə səbəbi və s. aidiyyəti qurum tərəfindən araşdırılır: “Uşağın nəşi müayinə edilmək üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib”./“Qafqazinfo