İranın Ermənistandakı yeni səfiri Mehdi Sübhani İrəvana səfər etməzdən öncə ötən gün (9 iyul) İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianla görüşərək danışıqlar aparıb.
Sulh.info.az Trend-ə istinadən bildirir ki, görüşdə Mehdi Sübhani öz iş proqramını İran xarici işlər nazirinə təqdim edib.
İran xarici işlər naziri də bu görüşdə qonşuluq siyasətinin prioritetinə toxunaraq lazımi tapşırıqlar verib.
Mehdi Sübhani İranın Azərbaycandakı səfirliyinin 2-ci katibi, Ukraynadakı səfirinin müavini, Türkmənistandakı səfirin müavini, Pakistanın Karaçi şəhərində baş konsul, İranın Suriyadakı səfiri, İran XİN-in Qərbi Asiya İdarəsinin baş direktoru və nazirliyin Strategiya İdarəsinin baş direktoru vəzifəsində çalışıb.