​Professordan istilərlə bağlı xəbərdarlıq - "Belə davam edərsə..."

​Professordan istilərlə bağlı xəbərdarlıq
14:00 10.07.2023
127 Dünya
A- A+
Qlobal istiləşmənin təsiri ilə günlərdir ardıcıl olaraq yüksək tempuraturun rekord qırdığı bildirilir. 3-6 iyul tarixləri ən isti həftə olaraq qeyd edilib.

Boğaziçi Universiteti "İqlim Siyasəti Araşdırma Mərkəzi”nin sədri  professor Levent Kurnaz günlərdir davam edən yüksək temperaturun səbəbini açıqlayıb.

İstilik artımının əsasən okean axınları ilə əlaqəli olduğunu vurğulayan L.Kurnaz, Sakit okeanda La Ninadan El Ninoya keçidin təsiri ilə okean sularının isinəcəyi xəbərdarlığını edib. 

Levent Kurnazın sözlərinə görə, Hindistan, Pakistan və Banqladeş kimi ölkələr ən riskli yerlər sırasındadır. Türkiyə nisbətən yaxşı vəziyyətdədir, amma belə davam edərsə, 50 ildən sonra Antalya, Adana və Hatayda istidən ölümlər olacaq.

Orta temperaturun belə yüksəlməsini "dəhşətli vəziyyət” kimi xarakterizə edən Kurnaz 2024-cü ilin daha pis olacağı ilə bağlı xəbərdarlıq edib./azxeber.com