"Putinin gələn ay Türkiyəyə səfəri gözlənilir”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Litvada keçiriləcək NATO sammitinə yola düşməzdən əvvəl hava limanında jurnalistlərin suallarını cavablandırıb.
Açıqlamaverən ölkə prezidenti Rusiya prezidenti Vladimir Putinin gələn ay Türkiyəyə səfərinin gözlənildiyini bildirib:
"Rusiyalı həmkarım Vladimir Putinin gələn ay Türkiyəyə səfəri gözlənilir. "Taxıl sazişi” müzakirə olunacaq: "Ukrayna öhdəlikərini yerinə yetirməyə hazır olduğunu bildirib. Əminəm ki, Putin də eyni mövqeyi nümayiş etdirəcək”./azxeber.com