Ulduz müğənni Madonna iyunun 24-də huşsuz vəziyyətdə küçədə tapılıb xəstəxanaya yerləşdirildən sonra, ilk dəfə Nyu-York küçələrində gəzərkən kameralara yaxalanıb. 15 gün öncə müğənniyə ağır bakterial infeksiya diaqnozu qoyulmuş, ailəsi vəziyyətinin kritik olduğunu bildirmişdi.
Referansş.az xarici mediaya istinadən xəbərinə görə, 62 yaşlı müğənni şort, köynək, idman ayaqqabısı, şlayapa və böyük gün eynəklərində görüntülənib.
İfaçının gümrah və sağlam görkəmi izləyicilərini sevindirib. Çünki ailəsi o xəstəxanada olarkən Madonnanın həyatı üçün qayğılandıqlarını, vəziyyətinin çox ağır olduğunu bildirmişdilər.