​Yay başlayandan 23 nəfəri GÜN VURDU

​Yay başlayandan 23 nəfəri GÜN VURDU
16:16 10.07.2023
136 Maraqlı
A- A+
Yay mövsümü başlayandan günvurma ilə bağlı olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 23 nəfər müraciət edib.

TƏBİB-in mətbuat xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, onlardan 9 nəfəri hospitalizasiya edilib, 14 nəfərə yerində yardım göstərilib.

Müraciət edənlərdən 17-si kişi, 6-sı qadın olub.