​Yazılarında türkləri təhqir edən irqçi nazir üzr istədi

​Yazılarında türkləri təhqir edən irqçi nazir üzr istədi
12:50 12.07.2023
135 Dünya
A- A+

Finlandiyanın ifrat sağçı maliyyə naziri və baş nazirin müavini Riikka Purra mətbuatda əksini tapdıqdan sonra tənqidlərə səbəb olan irqçi yazılarına görə üzr istəyib.

Purranın irqçi ifadələri 2008-ci ildə müxtəlif bloq yazılarında dəfələrlə istifadə olunub.
O, bir məqaləsində qatarda rastlaşdığı bir qrup gənc mühacirə "Mənə silah versəydilər, qatarda cəsədlər olardı, görərdiniz” desə də, başqa bir məqaləsində Somalili və Türk mühacirləri hədəf alaraq onları "Türk meymunları" adlandırıb.

Daha bir məqaləsində isə "Bu gün Helsinkidə dilənçilərə və qaradərili uşaqlara tüpürmək istəyən varmı?” deyə birmənalı qarşılanmayan fikirlər yazıb.

Riikka Purra 15 il əvvəl işlətdiyi bu ifadələri "axmaqlıq" adlandırıb və incitdiyi şəxslərdən üzr istədiyini bildirib. Sosial media hesabından açıqlama verən Purra "Mən mükəmməl insan deyiləm, səhvlər etmişəm" deyib.