​Abşeron sakini BU SƏBƏBDƏN öldü - RƏSMİ

​Abşeron sakini BU SƏBƏBDƏN öldü
13:57 12.07.2023
142 Hadisə
A- A+
Abşeron rayon sakini ayağından aldığı xəsarət nəticəsində ölüb.

Bu barədə rayon prokurorluğundan bildirilib.

Belə ki, iyulun 11-i saat 21 radələrində 1977-ci il təvəllüdlü Şahlar Qasımovun kəsici-deşici xəsarətdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1980-ci il təvəllüdlü Cavanşir Əliyevin Abşeron rayonu Novxanı kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı qonşusu Şahlar Qasımova bıçaqla sol ayağından xəsarət yetirməsi nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Cavanşir Əliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.