Sulh.info.az Xəzər TV-yə istinadən bildirir ki, hadisə Lənkəran rayonun Kərgəlan kəndində baş verib.
Kənd sakini 45 yaşlı Zəhra Hüseynova gündəlik təmizlik işləri görmək üçün həyətə düşüb. Həyətdəki təmizlik işlərindən sonra, küçədəki tullantıları təmizləyib, yandırmaq istəyib. Tullantıların yanmadığını görən qadın, benzindən istifadə edib. Bu zaman ani ehtiyatsızlıq qadının özünün yanmasına səbəb olub.
"Onun qışqırığına anası və qonşuları gəlib."
Hadisə yerinə təcili tibbi yardım briqadası gəlib. Zəhra Hüseynova qonşu qadınların köməyi ilə təcili tibbi maşınında Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.
"Həkimlər onun vəziyyətini ağır qiymətləndirir."
Qeyd edək ki, vəziyyəti ağır olan Zəhra Hüseynova Bakı şəhərindəki klinikaların birinə göndərilib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.