İran Xarici İşlər Nazirliyi Rusiya ilə Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurası arasında strateji dialoq çərçivəsində Moskvada keçirilən nazirlər görüşünün yekun bəyanatı ilə əlaqədar Rusiyanın Tehrandakı səfiri Aleksey Dedova etiraz notası təqdim edib.
Bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.
“Tasnim”in yazdığına görə, Rusiya diplomatik missiyasının rəhbəri İran Xarici İşlər Nazirliyinə çağırılıb və ona Rusiya və Körfəz Əməkdaşlıq Şurası ölkələrinin xarici əlaqələr idarələrinin rəhbərlərinin birgə bəyanatında Fars körfəzindəki üç adaya sahib olması barədə fikrə etiraz edilərək nota təqdim edilib.
İran XİN bu adaların İrana məxsus olduğunu vurğulayaraq bu məsələdə Rusiyanı mövqeyini korreksiya etməyə çağırıb./olke.az