Bu sözləri yeni vəzifəyə təyin edilən Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Facebook hesabında paylaşıb. O həmçinin, bildirib:
“Minlərlə təbrik oldu. Hər bir təbrik məsuliyyətli olmağa, göstərilən etimada çağırışdır, tələbdir, istiqamətdir. Bütün təbriklərə görə minnətdarlıq edirəm”.
Qeyd edək ki, Elşad Hacıyev daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr ilə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi vəzifəsinə təyin edilib.
Əmrə əsasən, DİN-in Mətbuat xidmətinin rəisi vəzifəsinin icrası müvəqqəti olaraq polis polkovnik-leytenantı Elşad Hacıyevə tapşırılıb.
Qeyd edək ki, Elşad Hacıyev 2020-ci ildən DİN Mətbuat xidmətinin şöbə rəisi vəzifəsini tutur. O daha əvvəl Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəhbəri olub.