Ötən əsrin ən böyük dahilərindən biri olan Albert Eynşteyn həmişə öz ixtiraları və nəzəriyyələri ilə tanınsa da, digər insanlar kimi normal həyat tərzi keçirirdi.
Sulh.info.az xarici KİV-ə istinadən Eynşteynin həyatına aid maraqlı məlumatları təqdim edir:
O, kök uşaq idi...
Eynşteyn 1879-cu il martın 14-də dünyaya gələndə başı əyri doğulmuş, artıq çəkisi olan körpə idi. Xoşbəxtlikdən o, daha sonra normal körpə ölçülərinə keçib.
Gənc vaxtı əsəb krizləri keçirirdi...
Eynşteyn gənc olanda tez-tez qəzəblənirdi. Hətta bir dəfə müəlliminin üstünə stul atıb.
Əzbərləməyi sevmirdi...
Eynşteyn məşhur inancın əksinə olaraq uğursuz tələbə deyildi. O, əylənmək üçün riyaziyyat və fizika oxuyurdu, amma yaxşı şagird olmayıb. Əzbər təhsil ideyasına nifrət edərək, ona aid olmayan mövzuları öyrənmirdi.
IQ naməlumdur...
Eynşteynin İQ heç vaxt sınaqdan keçirilməyib. Bir çox internet saytları fizikin 160 IQ səviyyəsinə malik olduğunu iddia edir, lakin bu iddianı təsdiqləmək üçün heç bir sübut yoxdur.
Corablara nifrət edib...
Eynşteyn corab geyinməyə nifrət edirdi və 1930-cu illərdə Oksfordda corab geyinməyin lazım olmadığını öyrədəndə son dərəcə qürurlu idi. Eynşteynin corabı bəyənməməsi, görünür, uşaqlıq dövründən qaynaqlanırdı: "Mən gənc olanda öyrəndim ki, ayaq baş barmağı həmişə corabda deşik yaradır. Ona görə də corab geyinməyi dayandırdım”.
Dənizi sevirdi, amma pis dənizçi idi...
Sürixdə bakalavr pilləsində oxuyarkən Eynşteyn ömürlük həvəsi olan yelkənli idmana aşiq olub. Amma o, müntəzəm olaraq qayığını aşırıb və dəfələrlə xilas edilməli olub.
İkonik saçları...
Gənclik illərində Eynşteyn 1904-cü ildə oğlu Hans dünyaya gələnə qədər baxımlı qara saçlara sahib idi. Oğlunun gəlişi ilə Eynşteyn işləmək və ailəsini dolandırmaqla çox məşğul olduğu üçün bərbərxanaya getməyi dayandırıb və o, məşhur saçları əmələ gəlib.
Uşaqlardan gələn məktubları cavablamağı xoşlayırdı...
Eynşteyn ictimaiyyətdən saysız-hesabsız məktublar alıb, lakin o, həmişə uşaqların göndərdiyi məktublara cavab verməyə çalışıb. Bir məktubda gənc qız riyaziyyat problemlərindən şikayətlənib. Eynşteyn isə ona belə cavab verib: "Riyaziyyatda çətinlik çəkdiyiniz üçün narahat olmayın. Əmin ola bilərsiniz ki, mənim çətinliyim daha da böyükdür".
Sevgi məsələsini anlamırdı...
Eynşteyn böyük dahi ola bilərdi, amma o, şübhəsiz ki, yaxşı tərəfdaş deyildi. İlk evliliyini fizik Mileva Mariçlə edib və cütlük üçüncü övladı dünyaya gəldikdən sonra ayrılıb. Eynşteyn həyat yoldaşına maraqlı tələblər siyahısı vermişdi və bu, şübhəsiz ki, evliliyin sona çatmasına səbəb olub:
1. Məndən yaxınlıq gözləməyəcəksiniz.
2. Mən istəməsəm mənimlə danışmayacaqsan.
İkinci evliliyi əmisi qızı Elza Löventalla olub. Lakin onun evlilikləri ilə yanaşı bir çox əlaqələri də olub.
Dilini çıxartdığı fotosunu bəyənib...
Eynşteyn 72-ci ad günündə onun şərəfinə keçirilən tədbirdən gedəndə maşınına minən kimi fotoqraflar ondan kamera üçün gülümsəməsini istəyiblər. Amma Eynşteyn şəkil çəkdirmək üçün gülümsəməkdən yorulmuşdu və bunun əvəzinə dilini çıxarıb. Eynşteyn şəkli o qədər bəyənib ki, onu təbrik kartlarına qoyub.
İrqi ədaləti müdafiə edirdi...
1933-cü ildə nasistlərin təqibindən xilas olmaq üçün Almaniyanı tərk edən Eynşteyn ABŞ-da gördüyü irqi ayrı-seçkiliyə qarşı həssas idi. O, qaradərili amerikalıların hüquqlarını müdafiə edirdi. Məşhur qaradərili müğənni Marian Anderson 1937-ci ildə konsert vermək üçün Prinstona gələndə və ona otel otağı verilməyəndə Eynşteyn onu evinə dəvət edir./lent.az