Ağalı – dünən və bu gün.
Vaxtilə vətənimizin cənnət guşələrindən biri olan Zəngilanı 30 illik işğaldan sonra tanımaq mümkün deyildi. Şanlı qələbəmizdən, torpaqlarımızın azad edilməsindən çox vaxt keçməsə də, Zəngilan sürətlə dəyişir. Torpaqlarımızın öz sahiblərinə qovuşmasından cəmi 3 il, Zəngilanın Ağalı kənd sakinlərinin ilk köçündənsə 1 il keçir.
Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin tapşırığı ilə ilk "ağıllı kənd" layihəsi Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilib. Bu kənd tamamilə yenidən qurulub və burda insanların rahatlığı üçün zəruri olan hər şərait yaradılıb. Bu il, 19 iyulda ağalılar öz qayıdışlarının 1-ci ilini qeyd edəcəklər.
Videoda böyük qələbimizlə azadlığına qovuşan kəndin 2020-ci ildəki ürəkdağlayan görüntüləri ilə bugünkü fərəhli mənzərələrini müqayisəli şəkildə diqqətinizə təqdim edirik.