Sosial şəbəkələrdə oxuduğu mahnılar trendə düşən və məşhurlaşan qız Nuray Şıxıyevanın müğənni Nazim Pişyari (Faytonçu Nazim) qızı olduğu deyilir.
Sulh.info.az xəbər verir ki, Lent.az-a açıqlama verən Nazim isə həmin Nurayın ouun qızı olmadığını bildirib.
“Təəssüf edirəm ki, o mənim qızım deyil. Nuray Sumqayıtda yaşayır və orada musiqi məktəbində təhsil alır. Mənim adımdan saxta səhifə açılıb, orda Nurayın qızım olduğu bildirilib. Lakin belə deyil”, - Nazim bildirib.
Qeyd edək ki, Nuray Şıxıyeva “Böyük dayaq” filmindən Pərşanın mahnısını ifa edib. Bu videoçarx çox sürətlə yayılıb.