Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin l müavini Hacı Salman Musayevin Həcc ziyarətini Qarabağda qazandığımız qələbə ilə müqayisə etməsi sosial şəbəkələrdə müzakirələr səbəb olub.
Görüntüləri ilahiyyatçı Elşad Miri öz Facebook hesabında paylaşıb.
Hacı Salman Musayev jurnalistlərə açıqlamasında Həcc ziyarətinin uğurlu keçməsindən danışıb:
“Deyim ki, Azərbaycanımız Qarabağda zəfər qazanmışdısa da, zəfərin birini də biz burda qazandıq. Bayrağımız 127 dövlətin içərisində dalğalandı. Üçüncü yerə bizi layiq bildilər. Böyük qiymət verdilər. Bu hamısı bizim Şeyx həzrətlərinin, Qafqaz Müsəlmanları İdarəsinin xidmətidir. Ziyarət onların təşkilatçılığı ilə həyata keçirildi. Bu, nümunəvi bir təşkilatçılıq idi”./bakupost.az