Azərbaycanda yeni ailə institutu yaradılır.
Himayədar ailə adlanacaq layihə 3 mərhələdən ibarət şəkildə həyata keçiriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin övladlığagötürmə şöbəsinin müdiri Fərhad Ələkbərov bildirib ki, məqsəd uşağın hansısa müəssisəyə düşməsinin qarşısını almaq, onun ailə mühitində yaşamasını təmin etməkdir.
“Himayədar ailələrə himayəyə götürdükləri hər uşağa görə aylıq və onlara mövsümi geyim alınması üçün hər rübdə birdəfəlik müavinət veriləcək.”