​Xoruldamaq hansı problemlərə səbəb olur?

​Xoruldamaq hansı problemlərə səbəb olur?
13:00 14.07.2023
271 Maraqlı
A- A+
Mütəxəssis Özgür İnce gecələr xoruldamanın müxtəlif problemlərə səbəb olduğunu açıqlayıb.

Mütəxəssisin fikrincə, yuxu zamanı tənəffüsün qısa müddətə kəsilməsi orqanlara, xüsusilə beyin və ürəyə zərər verə bilər.

Onun sözlərinə görə, əgər insan xoruldayırsa, deməli onda 80 faiz yuxu apnesi mövcuddur:

“Yuxu apnesi yuxu zamanı nəfəsin kəsilməsi ilə müşayiət olunan bir vəziyyətdir. Yuxu apnesi yuxu zamanı müəyyən vaxt ərzində 10 saniyədən çox nəfəsin dayanması adlanır. Yuxu zamanı oksigen azaldıqda ilk növbədə oksigenə ən çox həssas olan orqanlarımız – beyin və ürək təsirlənir.

Beyin oksigensiz qaldıqda neyronlarının təmizləmə funksiyasını dayandırır. Yuxu zamanı yuxu fazaları pozulur. Bundan başqa ürəkdə oksigen çatışmazlığı ürəyin panikasına səbəb olur. Ürəyin əsas vəzifəsi qanı vurmaqdır. Lakin qanın göndərilməsində məqsəd qandakı oksigeni daşımaqdır. Ürək oksigensiz qalanda daha sürətli işləməli olduğumu anlayır. Bu da qanın sürətli dövranını təmin etmək üçün damardaxili təzyiqi artırır”.