Balakəndə 27 yaşlı qızın itkin düşməsi barədə xəbər vermişdik.
İtkin düşən rayon sakini İsayeva Leyla Kamaldin qızı tapılıb. Onun şəhər ərazisində olduğu müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, Balakən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 8-də yaşadığı evdən çıxaraq, bir daha geri qayıtmayan L. İsayeva tapılaraq, ailəsinə təhvil verilib.
Qeyd edək ki, L. İsayevanın ruhi-əsəb xəstəsi olduğu bildirilir.