Bakının Xətai rayonunda yol qəzası zamanı bir nəfər ölüb.
Sulh.info.az apa-ya istinadən xəbər verir ki, hadisə 8 Noyabr prospektində baş verib.
Belə ki, yürüstü piyada keçidinin altından keçən 30-35 yaşlı qadını Bayramov Anar Fəhiyar oğlunun idarə etdiyi 10-UT-528 dövlət nömrə nişanlı “BMW” markalı minik avtomobili vurub.
Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Sürücü məsuliyyətə cəlb edilib.