Dünyada böyük səs-səda doğuran "Barbie" və "Oppenheimer" filmləri hazırda ciddi rəqabətdədir.
Hazırda 6 gündür izləyicilərə təqdim edilən “Barbie” filmi həftəsonu ABŞ-də 155 milyon dollar gəlir əldə edib.
Rejissor Kristofer Nolanın çəkdiyi amerikalı fizik Robert Oppenhaymerin həyatından bəhs edən "Oppenheimer" filmi isə həftəsonu ən çox gəlir gətirən ikinci film olub. Bu film 80,5 milyon dollar əldə edib.
Qeyd edək ki, bu iki film Azərbaycanda da böyük marağa səbəb olub. Filmlər artıq kinoteatrlarda nümayiş olunur.