​Rusiyaya getmək istəyənlərin nəzərinə: Qanunlar dəyişir (VİDEO)

​Rusiyaya getmək istəyənlərin nəzərinə: Qanunlar dəyişir
13:01 24.10.2021
291 Toplum
A- A+

Yaxın vaxtlarda Rusiyanın miqrantlarla bağlı qanunvericiliyində ciddi yeniliklərin olması gözlənir. Artıq miqrantlar üçün elektron çip sistemi tətbiq ediləcək. Burada əcnəbilərə məxsus əsas məlumatlar əks olunacaq. Bundan başqa əcnəbilər Rusiyanı tərk etmədən, giriş məqsədlərini dəyişə biləcəklər.

Rusiyada miqrasiya qanunvericiliyində təkmilləşdirmələr aparılır. Qanunvericiliyə edilən son dəyşikliklər Rusiyaya gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin bu ölkədə yaşamasını asanlaşdıracaq.

SÜLH.İNFO.az xəbər verir ki, Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov "Xəzər Xəbər"yə açıqlamasında bildirib ki, miqrantlar üçün vahid sənəd tətbiq ediləcək. Bu ID kartı miqrantların dövlət xidmətlərinə çıxışını və onların Rusiya ərazisində olmalarının qanuniliyinin təsdiqini asanlaşdıracaq.

Bundan başqa əcnəbilər Rusiyanı tərk etmədən gəliş məqsədlərini dəyişə və digər gəliş məqsədlərini birləşdirə bilərlər.

Həmçinin gəliş məqsədlərindən asılı olmayaraq əcnəbilərə Rusiyada turizm səfərləri etmək və tibbi xidmət almaq imkanı veriləcək. Xarici vətəndaşlar yeni növ viza - adi tibbi viza ala biləcəklər.

Sahib Məmmədov əlavə etdi ki, qlobal əmək bazarında işçi qüvvəsinin çatışmazlığı var. Pandemiya səbəbindən son iki ildə miqrant sayında azalması olub. 12-13 milyon işçi miqranta ehtiyac olan Rusiyada belə addımın atılması gözlənilən idi.