Şərq Qaradəniz Bölgəsindəki 3 bölgə üçün tufan xəbərdarlığı edib.
Bu barədə Türkiyənin Meteorologiya Ümumi Müdirliyi məlumat yayıb.
Xəbərdarlıqda deyilir:
“Son qiymətləndirmələrə görə, Şərq Qaradəniz Bölgəsində müşahidə olunacaq tufanların bu gecə ilə sabah səhər saatları arasında Giresun və Trabzon ətrafı və Rizənin qərbində yerli olaraq güclü olacağı gözlənildiyi üçün sel, daşqın, şimşək çaxması və digər neqativ hallara qarşı diqqətli və tədbirli olmaq lazımdır”.
Qeyd edək ki, yağıntının bu gün saat 18:00-dan sabah səhər saat 08:00-a qədər davam edəcəyi proqnozlaşdırılır.