​Nazilə Fatiməyə yenə qalib gəldi: 50 min təzminat

​Nazilə Fatiməyə yenə qalib gəldi:
13:22 25.07.2023
138 Maqazin
A- A+
Şairə Nazilə Səfərli ilə rəqqasə Fatimə Fətəliyeva arasında növbəti məhkəmə çəkişməsi yekunlaşıb.

Tərəflər arasında mübahisə Fatimənin sosial şəbəkədə yazdığı status səbəbilə başlamışdı. Fatimə Naziləyə kobud qadın demiş, qarşı tərəf də “ biz stol üstündə rəqs etməmişik ki, nazik qalaq” şəklində cavab vermişdi.

İlk məhkəmə qərarından narazı qalan Fatimə Apellyasiya Məhkəməsinə müraciət etsə də yenə uduzub.

"Sabahı gözəl açdım. Vəkilim zəng edib bildirdi ki, apellyasiya məhkəməsini udmuşuq. Haqqım olanı heç kimdə qoymaram.Təfərruatlı sənədlər əlimə gələndə yazaram. Hələ istirahətim davam edir. Axşama rəqqasələr dəvət etmişəm " - deyə o yazıb.

Nazilə Səfərli rəqqasədən 50 min təzminat tələb edib./ lent.az