"Paxıl insan deyiləm".
Sulh.info.az bizim.media-ya istinadən bildirir ki, bu sözləri aktrisa Sonaxanım Əliyeva qonaq olduğu "Xəbər-ətər" verilişində deyib.
Sənətçi bildirib ki, kişilərdə uzun kirpik görəndə paxıllığı tutur:
"Kişi cinsində uzun kirpik görəndə paxıllığım tutur. İstəyirəm, tutum onun kirpiklərini qoparım. Neynir, bu kişi uzun kirpiyi. Bu kirpikləri Allah versin xanımlara. O da onun üzərinə "tuş"u çəksin, kirpiklər göyə qalxsın. Kişilərin ancaq uzun kirpiklərinə paxıllığım tutur. Başqa şeylərinə qısqanclığım yoxdur. Mən kirpik "xəstəsiyəm". Uzun kirpikləri çox sevirəm. Onlara "tuş" çəkirsən, qaşa kimi qaldırırsan".