Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) ilə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) birləşəcək.
Bu barədə Modern.az-a AKİ-nin sədri, Xalq artisti Rasim Balayev məlumat verib.
Onun sözlərinə görə, Xalq artisti Şəfiqə Məmmədovanın rəhbəri olduğu təşkilat birləşmək təklifini dəstəkləyib.
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri Xalq artisti Rasim Balayev, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) sədri isə Xalq artisti Şəfiqə Məmmədovadır.