“Apple” şirkəti “iPhone” və “Mac”larda olan kritik zəifliyi aradan qaldırmaq üçün yeniləmə edib.
CVE-2023-37450 identifikatoru altında izlənilən kritik “WebKit” zəifliyi iyulun əvvəlində ortaya çıxmışdı. Nəticədə Sürətli Təhlükəsizlik Cavabı (RSR) yeniləmələrinin buraxılması ilə o tam aradan qaldırılıb.
“Apple” şirkəti bildirib ki, onlar markanın köhnə cihazlarında aktiv şəkildə rastlanan CVE-2023-38606 zəifliyini də düzəldiblər.
Qeyd edək ki, “Kaspersky GReAT” şirkətinin rəhbəri Boris Larinin dediyinə görə, CVE-2023-38606 digər şeylərlə yanaşı, “Triangulation” casus proqramını yerləşdirmək üçün istifadə edilib.
Aprelin ortalarında “Citizen Lab” mütəxəssisləri “iPhone”da yeni boşluq aşkar ediblər. Mütəxəssislərin fikrincə, “Reign” adlı zərərli proqram “Apple” smartfon istifadəçilərinə casusluq etmək üçün quraşdırılıb.